Medvedyev: “Qarabağ münaqişəsi dondurulmalıdır”

9-04-2016, 15:42           

Dağlıq Qarabağı tez-tələsik insan həyatı hesabına həll etməkdənsə, ən yaxşısı donmuş vəziyyətdə saxlamaqdır.

Axar.az xəbər verir ki, bunu “Vesti subbota” proqramına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev söyləyib.

Onun sözlərinə görə, bu konfliktin həlli ilə bağlı istənilən təklif kimlərisə razı salmayacaq.

O, İrəvan və Bakıda Qarabağı geniş müzakirə etdiyini də bildirib:

“Hər kəs konfliktin həll olunmasını, situasiyanın dəyişməsini istəyir. Bir çox siyasətçi bunu gələcək nəsillər qarşısında borc kimi görür. Yəni gələcək nəsillərə dondurulmuş yox, həll edilmiş konflikt vermək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru