Rus ekspertdən Qarabağla bağlı – Çılpaq həqiqət

9-04-2016, 23:38           

Görəsən, dünyada Ermənistandan başqa bir ölkə varmı ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın? Rusiya, Türkiyə, İran, Gürcüstan, ABŞ, Fransa, BMT-nin üzvü olan digər ölkələr hər biri Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Axar.az xəbər verir ki, bu sözləri bu sözləri politoloq və Zaqafqaziya üzrə mütəxəssis Oleq Kuznetsov bildirib. "Müvafiq olaraq, beynəlxalq hüquqi nöqteyi-nəzərdən Azərbaycan torpaqlarını Ermənistan işğal edib. Həmin torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir. Dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı müstəqil bir respublika kimi tanısın. Bu, Rusiya Federasiyasının cinayət qanunvericiliyinin 208-ci maddəsinə əsasən, qanunsuz silahlı formalaşmadır. Münaqişənin eskalasiyasından sonra 2 apreldə Ermənistan Müdafiə Nazirliyi həlak olanların siyahısını və dəfnləri barədə məlumat yaydı. Bu siyahıda Dağlıq Qarabağın heç bir sakini yoxdur", - Kusnetsov qeyd edib.

Kuznetsov hüquqi baxımdan Azərbaycanın öz suveren ərazisində istənilən əməliyyatı keçirmə haqqına sahib olduğunu bildirib:

“Azərbaycan adlı suveren dövlətə öz ərazisində cinayətkarları məhv etməyi kim qadağan edə bilər?

Rusiya hüquqi baxımdan cinayətkarların məhv edilməsinə əngəl ola bilərmi? Əgər vəziyyət belədirsə, necə olur ki, işğal altında olan torpaqlarda qanunsuz hərbi birləşmələr münaqişənin taleyi ilə bağlı qərar verir? Münaqişənin həlli belədir: Hüquqi nöqteyi-nəzərdən Ermənistan Azərbaycanın ərazisindən cinayətkarları aparır, işğal edilmiş torpaqları paralel olaraq geri qaytarır.

Başqa variantlar Rusiya qanunvericiliyinə görə mövcud deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.