Sarkisyanla Ter-Petrosyanı bir araya gətirən nədir? - Erməni ekspertin şərhi

12-04-2016, 18:41           
Sarkisyanla Ter-Petrosyanı bir araya gətirən nədir? - Erməni ekspertin şərhi
Ermənistanın Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Aqasi Enokyan prezident Serj Sarkisyan və müxalifət lideri Levon Ter-Petrosyanın görüşünü şərh edib.

Avropa.info xəbər verir ki, ekspert son günlərdə cəbhədə baş verən əməliyyatlardan sonra Ermənistanın Rusiyaya bağlı birtərəfli siyasi oriyentasiyasının erməniləri hansı fəlakət həddinə çatdırdığını, Rusiya ilə münasibətlərə yenidən baxmağın lazımlığının Ermənistanda dərk edildiyini bildirib.

“Bu siyasətçilərin görüşü Ermənistanda milli maraqların dərki nəticəsində ortaya çıxan antikreml əhvalının qarşısının alınması üçün Rusiya yönlü qüvvələrin ciddi konsolidasiya cəhdidir”.

Enokyanın fikrinə görə, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistan üçün hələ ki, ikinci dərəcəli məsələdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.