"Azərbaycan xalqı silahsız da Qarabağa yürüsəydi ..."

13-04-2016, 14:43           
"Azərbaycan xalqı silahsız da Qarabağa yürüsəydi ..."
“Dünyada iki şeyin üzünə dik baxmaq olmur. Biri günəşin, digəri ölümün. Azərbaycan şəhidləri o qədər igiddirlər ki, ölümün üzünə dik baxdılar”. ANS PRESS-in məlumatına görə, bu sözləri Dağ Yəhidiləri İcmasının sədri Milix Yevdayev deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu bu döyüşlərdə necə qəhrəman olduğunu sübut etdi. Lakin rrmənilər başa düşmək istəmir ki, Azərbaycan torpağında nə işləri var. "Ona görə də, onlara tarixi başa salmaq lazımdır. Mən bilirəm ki, Azərbaycan xalqı silahsız da Qarabağa yürüsəydi, onu almağa qadir idi. Çünki bu qədər ruh yüksəkliyi var idi".

Şəhidlərin anım mərasimində iştirak edən deputat Siyavuş Novruzov da ATƏT-in əməkdaşarının uzun müddət apadığı danışıqların iflasa uğradığını deyib. Onun sözlərinə görə, həmsdrlər düşünürdülər ki, Azərbaycanın bu münaqişəsi zamanla unudulacaq və zamanla insanlar Qarabağa olan fkirlərindən əl çəkıcəklər: "Lakin nəticə göstərdi ki, Azərbaycan xalqı Qarabağı unutmayıb və onun uğrunda döyüşməyə qadirdir.

Prezidentin yenidən atəşkəs barədə razılığa qərar verməsi, ölkəmizin, torpaqlarımızın sülh yolu ilə qaytarılmasına tərəfdar olduğunu ortaya qoydu".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.