VTB-dən kredit alanlar borclarını qaytarmasınlar...

13-04-2016, 23:12           

Söz verdiyim kimi, bu gün Neft Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Ataholdinqə məktub göndərdim. VTB-nin ölkəmizə qarşı düşmənçi addım atması və indi də başımızı aldatması göz qabağındadır. Əgər belə deyilsə, VTB ən azı Rusiya dövlət mətbuatında rəsmi təkzib verməlidir. Ən pis halda qəbul edilmiş qərar VTB tərəfindən ləğv edilməli və bu barədə rəsmi bəyanat verilməlidir. Əks halda, Neft Fondu VTB-yə yerləşdirdiyi 500 mln. dolları, Ataholdinq isə 24,9 mln. manatı geri götürməli, Maliyyə Bazarlarına Nəzarət Palatası isə Bank VTB (Azərbaycan) ASC-nin lisenziyasını ləğv etməlidir. Atılacaq bu vətənpərvər addımlar iqtisadi cəhətdən də ölkəmiz üçün sərfəlidir.

Təbii, mən sadəlövh deyiləm. Müraciət etdiyim qurumların o cümlədən siyasi amilləri də nəzərə alacağını bilirəm. Lakin hər bir halda sözümüzü deməliyik. Son günlər bu cür müraciətlərin tərəfdarları çoxdur. Elə yazdığımdan şablon kimi istifadə etmək də olar. Yazın, mövqeyinizi bildirin!

Diplomatik səbəblərdən dövlətimiz bu məsələdə fəal olmaya bilər (bunu başa düşmək olar!). Lakin ictimaiyyətimiz fəal olmalıdır. Ən azı yerli VTB-ni boykot etməliyik. Bu bankla heç kəs işləməməlidir: pul yerləşdirməməli, köçürməməli və s. Oradan kredit alanlar qaytara bilmirsə, qaytarmasınlar təbii. Qaytara bilənlər isə hər qəpiyin dəqiq hesablanmasını tələb etsinlər, əks halda VTB-ni məhkəməyə versinlər. Çünki VTB-nin qazandığı hər qəpik erməni ordusunun maliyyələşdirilməsinə xidmət edə bilər. İrəli! (Moderator.az)
teref.az olaraq bir neçə gün öncə bizdə Bank VTB ilə əlaqə saxlamaq istədik, lakin nə qədər çalışsada operator qız mətbuat xidmətini tapa bilmədi və ya mətbuat xidməti tapılmaq istəmədi. Əlaqə telefonumuzu qoyaraq hansı suallar verəcəyimizi dedik və onun bizlə əlaqə saxlamasını istədik. Bu günə qədər cavab yoxdur.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.