Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi dua mərasiminə qatılıb - Bundanmı mədət ummalıyıq?
8-05-2015, 12:18
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi “sülh və ədalət üçün dua” mərasiminə qatılıb. APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Kilsədə ermənilərin “sülh və ədalət üçün dua” mərasiminə qatılmaqdan şərəf duyuram”,- deyə C. Uorlik yazıb. O qeyd edib ki, mərasimə vitse-prezident Cozef Bayden, ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer və Ermənistan prezidenti Serj Sarkisyan da qatılıb.