Qorbaçovu ağır vəziyyətdə xəstəxanaya aparıblar...

22-04-2016, 16:22           
Qorbaçovu ağır vəziyyətdə xəstəxanaya aparıblar...
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov növbəti dəfə səhhətinin pisləşməsi ilə bağlı xəstəxanaya yerləşdirilib

Lakin deyəsən bu dəfə 85 yaşlı Qorbaçovun “üzü o yanadır”.

Lifenews.ru xəbər verir ki, tibb çevrələrində onun vəziyyətinin stabil olduğunu, ancaq ağırlaşmanın gözlənildiyini deyiblər.

Hazırda o, Moskvanın ən yaxşı klinikalarından birinin qapalı bölməsindədir, daimi nəzarət altındadır.

Qorbaçov özü saytın əməkdaşı ilə telefon söhbətində xəstəxanada olduğunu təsdiqləyib.

Qorbaçovun adını daşıyan fonddan isə deyiblər ki, onun səhhəti doğrudan da yaxşı deyil, ancaq xəstəxanaya növbəti stasionar müayinə üçün yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru