Burbokun söylədiyi fikirlər almanları qorxuya salıb: Moskvanın reaksiyası necə olacaq? - ƏTRAFLI

22-05-2022, 00:01           
Burbokun söylədiyi fikirlər almanları qorxuya salıb: Moskvanın reaksiyası necə olacaq? - ƏTRAFLI
Burbokun Rusiya haqqında söylədiyi sərt sözlər almanları qorxuya salıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, almanlar Rusiyanın reaksiyasından narahatdırlar.

Almaniya Sosial Demokrat Partiyasının keçmiş sədri Oskar La Fontenin tərəfdarları ölkənin xarici işlər naziri Annalena Berbokun Rusiya ilə bağlı açıqlamasına sərt reaksiya veriblər. Onlar hesab edirlər ki, XİN rəhbərinin fikirləri Berlinə ciddi zərbə vura bilər.

Oskar La Fonte Burbokun “Rusiyanın məhv edilməsi” ilə bağlı səsləndirdiyi sözlərin “Nasist Almaniyasının dili” ilə müqayisə oluna biləcəyini deyib. O, belə ritorikanın qəbuledilməz olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə isə əksər alman istifadəçilər xarici işlər nazirinin hərəkətlərinin böyük problemlərə səbəb ola biləcəyini qeyd ediblər.

“Bunun çox dəhşətli nəticələri ola bilər”; “Yaşıl hökumətin səlahiyyət müddəti bitməmiş xarici siyasətimizlə bağlı daha hansı problemlərə yol açacağını təsəvvür etməkdən qorxuram”; “Burbok ifadələrinə görə erkən təqaüdə çıxmalıdır” və sair fikirlər social şəbəkə istifadəçiləri tərəfindən səsləndirilib.

Müşviq Tofiqoğlu,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.