Rusların svastika, Hitler və Bandera oyunu - Təslim olan "Azov"çuların döymələri nədən xəbər verir?

22-05-2022, 10:23           
Rusların svastika, Hitler və Bandera oyunu - Təslim olan "Azov"çuların döymələri nədən xəbər verir?
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Mariupoldakı “Azovstal” zavodunun katakombalarını tərk edən qrupun təslim olmasını əks etdirən kadrlar yayımlayıb.

Müvafiq video hərbi idarənin rəsmi resurslarında dərc olunub.

TNS bu barədə eadaily.com saytına istinadən xəbər verir.

Kadrlardan görünür ki, Azov yaraqlılarının axtarışı zamanı onların bədənlərində Hitler, Bandera təsvirləri olan döymələr, svastika və ekstremist ədəbiyyatdan müxtəlif sitatlar var.

Qeyd: Diqqətli tamaşaçı videoya baxarkan onun rusların xeyrinə montaj olduğunu görə bilər. Sual olunur. Nəyə görə Hitler və Banderanın fotosu olduğu iddia edilən döymələri olan döyüşçülər stop kadrla, digərləri hərkətli görüntülərlə göstərilir? Biz həmin kadrların montajla o videoya daxil edilmədiyini hardan bilək? Diqqətlə baxanda aydın olur ki, Rusiya “Azov” döyüşçülərini nasist kimi dünyaya təqdim etmək üçün ən iyrənc metodlara və saxtakarlığa əl atıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru