“Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb” - Aİ-nin ali nümayəndəsi

23-05-2022, 09:16           
“Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb” - Aİ-nin ali nümayəndəsi
Avropa İttifaqı ölkələrinin hərbi texnika ehtiyatları Ukraynaya yardımın göstərilməsi ilə əlaqədar tükənib.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel öz bloqunda yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun potensialını gücləndirmək üçün davam edən səyləri dəstəkləmək lazımdır: “Biz resursları və təchizatı artırmalıyıq. Və deməliyəm ki, hazırda bu dəstək kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və buna imkan verməyəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru