Putin bunu deyəndə qarşısında Nikol vardı

23-05-2022, 08:17           
Putin bunu deyəndə qarşısında Nikol vardı
Bu yaxınlarda KTMT-nin toplantısında Rusiya faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Ukraynanı ittiham etdi. Və beləcə də dedi ki, ekstremistlər dünyanın hər yerində fürsət düşəndə baş qaldırır, amma dünyada heç bir ölkə dövlət səviyyəsində faşizmi qəhrəmanlaşdırmır - Ukrayna kimi.

Və bu sözləri deyərkən Rusiyanın qarşısında Qaregin Njdeni qəhrəmanlaşdıran Paşinyan oturmuşdu. Deməli, Ermənistan faşizmi qəhrəmanlaşdıran ölkə sayılmır, ona görə ki... Ukraynanın işğalında iştirak edir...

Axı bu nə əcaib dövlətdir belə ki, Bayden “Demokratiya sammiti”nə dəvət edir, Rusiya da onu Qazaxıstana demokratiya yatırmağa göndərir?! Sonda isə Paşinyan olur göz yaşı kimi aydan arı. Ali! Ali irq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru