Avropa Parlamentində ABŞ-a qarşı sanksiyaların tətbiq edilməsinə çağrılıb

23-05-2022, 11:24           
Avropa Parlamentində ABŞ-a qarşı sanksiyaların tətbiq edilməsinə çağrılıb
Avropa Parlamentinin deputatı Kolakuşiç hərbi münaqişələrdə iştirakına görə ABŞ-a qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edib.

Xarvatiyadan olan deputat Mislav Kolakuşeç Avropa Parlamentinin sesiyalarından birində bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar Avropaya Ukraynadakı böhranın öhdəsindən gəlməyə kömək etməyəcək. Deputat çıxışının videosunu Twitter-də paylaşıb.

Onun sözlərinə görə, əgər əsas hədəf münaqişələrin qarşısını almaqdırsa, onda Avropa İttifaqı ABŞ və Səudiyyə Ərəbistanına qarşı embaqo tətbiq etsin. O qeyd edib ki, ABŞ-dan edilən neft və qazın idxalı qadağan edilməlidir, hansı ki, “istənilən Avropa ölkəsindən fərqli olaraq axrıncı onillikdə ABŞ dünyada çoxlu sayda hərbi münaqişələdə iştirak edib”.

“Əgər bu həqiqətdirsə, əgər biz həqiqətən sülh üçün mübarizə aparırıqsa, onda biz həmin sanksiaları dərhal Səudiyyə Ərəbistanına qarşı tətbiq etməliyik, hansı ki o, bir neçə il ərzində Yəmənə qarşı müharibəni qızışdşrır”-deyə o, bəyan edib.

Kolakuşiç Rusiyaya qarşı sanksiyaları “inanılmaz yalan və ikiüzlülük” adlandırıb. Onun sözlərinə görə, birinci növbədə Moskva ilə iqtisadi əlaqələrin qırılmasından avrfopalılar əziyyət çəkir.

Əvvəllər İsveçrə hökuməti rus kompaniyası olan “Evroxim”-dən sanksiyaları götürmüşdü. Tages Anzeiger qəzetinin məlumatına görə banklar yenidən “Evroxim”-in hesabalrını açıb.

Qeyd edilir ki, bu Andrey Melniçenkonun kompaniyanın benefisarı olmasını dayandırdıqdan və direktorlar şurasındn çıxdıqdan sonra edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.