Rusiyadan şok iddia

23-05-2022, 18:21           
Rusiyadan şok iddia
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynaya hərbi təcavüz edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Prezident Vladimir Zelenskinin barəsində danışdığı, Polşa vətəndaşlarının Ukraynada xüsusi hüquqa malik olması barəsindəki qanun layihəsinin Ali Radaya çıxarılmasınının suverenliyə zidd olduğunu bildirib.

“RİA Novosti” xəbəri belə başlıqla dərc edib: “XİN Zelenskinin Ukraynanın Polşa tərəfindən ələ keçirilməsini leqallaşdırmaq niyyətini bəyan edib”.

Bundan əvvəl Zelenski Polşa ilə sərhəd keçidlərini sadələşdirən razılaşma imzalanacağı xəbərini vermişdi. Onun sözlərinə görə, bu ölkələr arasında sərhəd, yaxud da maneələr olmamalıdır. Çünki, artıq çoxdandır ki, Ukrayna və Polşa xalqları mental olaraq ayrı deyillər.

Bundan başqa, Ukrayna parlamentinin deputatı Olqa Sovqirya xəbər verib ki, Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi hüquqi status verilməsi məsələsinin Ali Radaya çıxarılacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru