"Kasprçikin yeganə məqsədi aldığı yüksək maaşdan məhrum olmamaqdır."- Politoloq

24-05-2022, 00:03           
"Kasprçikin yeganə məqsədi aldığı yüksək maaşdan məhrum olmamaqdır."- Politoloq
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçik uzun fasilədən sonra İrəvanda peyda olub, bu ölkənin rəsmiləri ilə müxtəlif mövzuları, o cümlədən kommunikasiya xətlərinin açılmasını müzakirə edib.
Teref.az yazır ki, bunu politoloq Elxan şahinoğlu deyir. daha sonra politoloq deyir:
Bu Kasprçikin kommunikasiya xətlərinin açılmasına nə aidiyyatı var? Bu işlə Avropa İttifaqı və Rusiya məşğuldur, ATƏT məsələdən kənardadır.
Minsk Qrupu yoxdursa, həmsədrlər İkinci Qarabağ müharibəsindən sonra və Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda birgə fəaliyyətin mənasız olduğunu anlayırlarsa ATƏT adından istifadə edən polşalı diplomat Kasprçikin yeganə məqsədi aldığı yüksək maaşdan məhrum olmamaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru