Çin hava məkanını Rusiyanın mənimsədiyi təyyarələrə bağladı

27-05-2022, 22:46           
Çin hava məkanını Rusiyanın mənimsədiyi təyyarələrə bağladı
Çin Rusiya aviaşirkətlərində olan "Boeing" və "Airbus" təyyarələrinə öz hava məkanına girişi qadağan edib.
Teref.az RBK-ya istinadən xəbər verir ki, söhbət Rusiya aviaşirkətlərinin lizinqə götürdüyü və geri qaytarmaqdan imtina etdiyi təyyarələrdən gedir. Prezident Vladimir Putin həmin təyyarələrin Rusiyanın mülkiyyəti kimi qeydiyyata alınmasına dair qərar imazalayıb. Lakin bu qeydiyyat onların xarici ölkələrə uçuşuna imkan vermir.

Çin aviasiya idarəsi mayın əvvəlində təyyarələrin mülkiyyət sənədlərini istəyib. Rusiya tərəfinin təqdim etdiyi sənədlər beynəlxalq aviasiya qaydalarına uyğun olmadığı üçün onların Çinə uçuşuna icazə verilməyib.
RBK xəbər verir ki, Türkiyə də eyni addımı atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru