“Rusiyanın məqsədi Qarabağda sülhməramlıları yerləşdirməkdir”

27-04-2016, 09:00           
“Rusiyanın məqsədi Qarabağda sülhməramlıları yerləşdirməkdir”
Tanınmış rusiyalı publisist və analitik Andrey Piontkovski Qarabağdakı situasiyadan danışıb. O bildirib ki, Qafqazda situasiyanın yenidən gərginləşməsi Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı deyil, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi imkanı ilə bağlıdır.

Ekspertin sözlərinə görə, münaqişə alovlananda Moskvanın səsləndirdiyi əsas motiv Rusiyanın “sülhməramlı rolu” ilə bağlı idi.

Rus ekspert Lavrovun planından da danışıb: “Lavrov Krımın işğalının, Rusiyanın Ukrayna, Suriya münaqişəsinə qarışmasının simvoludur. Ondan nə Azərbaycana, nə də Ermənistana xeyir gəlməyəcək. Lavrovun planında mütləq sülhməramlılar barədə bənd olacaq. Çünki Moskvanı bu daha çox maraqlandırır. Bununla da Minsk prosesinin əhəmiyyətinin azaltmağa çalışacaqlar. Eyni zamanda sülhməramlı fəaliyyəti öz əllərinə almağa cəhd edəcəklər”.

Ekspertin sözlərinə görə, son vaxtlar dünyadakı situasiyanı nəzərə alan Moskva Qafqazda əhəmiyyətini artırmağa çalışır. Bunu isə Dağlıq Qarabağda sülhməramlıları yerləşdirməklə etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru