“Bizdə məhkəmə hakimiyyətə, klanlara və oliqarxlara xidmət edib” - Parsyan

27-06-2022, 12:47           
“Bizdə məhkəmə hakimiyyətə, klanlara və oliqarxlara xidmət edib” - Parsyan
“Bizdə bənzər məhkəmə sistemi olduğu müddətcə Ermənistanda investisiyalar olmayacaq”. Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, investisiya cəlb etmək üçün ölkədə ədalətli, müstəqil məhkəmə sisteminin olması çox vacibdir.

“İnvestisiya cəlb etmək üçün ölkədə ədalətli, müstəqil məhkəmə sisteminin olması çox vacibdir, çünki investor müstəqil olaraq dövlət və ya digər biznes qurumları ilə mübahisə edə bilər. Mülkiyyət hüquqlarının müdafiəsi üçün effektiv mexanizmlər işləsə, ölkə investisiya baxımından cəlbedici olacaq. Təəssüf ki, Ermənistanda həmişə siyasiləşmiş məhkəmə sistemi mövcud olub, əsasən fəaliyyətdə olan hakimiyyətə, klanlara və oliqarxlara xidmət edib. Bu şəraitdə sürətli inkişaf, həyat keyfiyyətinin dəyişməsi sadəcə olaraq mümkün deyil”, - deyə Parsyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru