Partiya sədri AZAL-a təklif yolladı... - " ...ucuz çarter reysləri təşkil etsin"

4-07-2022, 10:58           
Partiya sədri AZAL-a təklif yolladı... - "
“Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın ötən ilki açıqlamasına görə, Türkiyədə 25 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların bu aydan tətilləri başlayıb, Azərbaycan hakimiyyəti də iyulun 1-dən Türkiyədən Naxçıvana quru yolla giriş-çıxışı bağladığına görə, nəinki Türkiyədə təhsil alan, hətta Türkiyə üzərindən vətənə qayıtmaq istəyən tələbələr acınacaqlı duruma düşüblər”.

Teref.az gununsesi.info-ya istinadla xəbər verir ki, bunu ADR Partiyasının lideri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, qardaş ölkədə xroniki inflyasiya və devalvasiya xüsusilə də tələbələr üçün tətil dövründə orda yaşamaq şərtlərini xeyli çətinləşdiri:

“Odur ki, ADR Partiyası olaraq təklif edirik ki, AZAL tələbələr üçün İstanbul, Ankara və İzmirdən Bakıya ya mövcud reyslərində güzəştli qiymətə kvota ayırsın, ya da ayrıca ucuz çarter reysləri təşkil etsin. Ən yaxşı variant onların hər ikisini paralel tətbiq etməkdir. Sizləri bu təklifə dəstək verməyə və problemi ictimailəşdirməyə dəvət edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru