Putin NATO-nu "sındıra" bilər - Litvadan şok

4-07-2022, 10:09           
Putin NATO-nu "sındıra" bilər -
Rusiya NATO üzvü olan ölkəni hədələməklə Qərbin ona necə reaksiya verəcəyini sınaqdan keçirir.

Axar.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

"Son bir neçə həftə ərzində bir neçə rusiyalı siyasətçi NATO üzvü olan bir ölkəni təhdid etməkdən qorxmadıqlarını açıq şəkildə bildirdilər. Bu gün bu, Litvadır. Əvvəllər Polşa Ukraynaya verdiyi dəstəyə görə təhdid edilirdi. Passiv təhdid olunan ölkələr arasında Estoniya da var. Onlar buna Qərbin necə reaksiya verə biləcəyini yoxlayırlar. Bəs o, (Putin - red.) NATO-ya qarşı müharibə apara bilərmi? Belə düşünmürəm. Putin NATO-nu sınaya bilərmi? Bəli, təbii ki, bacarar, NATO-nu sınaya bilər. Hətta mən daha da irəli gedərək deyərdim ki, o, nəinki sınaya, hətta NATO-nu "sındıra" bilər”, - nazir bildirib.

O qeyd edib ki, NATO-nun hərəkətləri aydın və sürətli olarsa, Rusiya onlara hücum etməyə cəsarət etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru