Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu

6-07-2022, 00:53           
Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə Kanada oldu
Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları ratifikasiya edən ilk NATO ölkəsi olub. Bu barədə Kanadanın baş naziri Castin Trüdonun çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Bu gün (5 iyul) Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - deyə baş nazir bildirib.

Trüdo iki ölkənin tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə əminliyini ifadə edib. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru