Böyük Britaniyada Baş nazir postuna 6 namizəd mübarizəni davam etdirəcək

14-07-2022, 00:06           
Böyük Britaniyada Baş nazir postuna 6 namizəd mübarizəni davam etdirəcək
Böyük Britaniyada Mühafizəkarlar Partiyasında Baş nazir üçün səsvermənin birinci turu başa çatıb.

Xarici KİV xəbər verir ki, 8 namizədin mübarizə apardığı səsvermədə 2 namizəd baş nazirlik yarışı ilə vidalaşıb.

8 namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordaunt 67, xarici işlər naziri Liz Truss 50 səs toplayıb.

İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən namizədlər sıradan çıxarılıb.

Maliyyə naziri Nadhim Zahavi və keçmiş səhiyyə naziri Ceremi Hant ilk turdan keçə bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru