Rusiya ordusunu belə tükəndiririk - Podolyak

23-07-2022, 09:38           
Rusiya ordusunu belə tükəndiririk - Podolyak
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu dəqiq baş verəcək. Ukrayna ərazilərini Rusiyaya buraxmaq mümkün deyil. Əks halda bu, təxirə salınmış müharibə, Ukraynanın işğalı və məhvi olacaq - biz buna qətiyyən yol verə bilmərik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak izah edib ki, əks-hücum və onun vaxtı ilə bağlı konkret məlumatı yalnız Baş Qərargah və Ali Baş Komandan verə bilər:

"Hücum və ya əks-hücumun nə vaxt və necə baş tutacağını şərh etməyə hazır deyiləm. Operativ vəziyyət var: onlar (ruslar - red.) irəliləyirlər, biz dəf edirik və dərhal əks-hücuma keçirik. Onlar Ukrayna ərazisində hər kilometr irəliləyiş üçün çox yüksək bədəl ödəyirlər. Bu, çox yaxşıdır, çünki Rusiya ordusunu tükəndirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru