Erməni ekspert: “Bakının Zəngəzur dəhlizi ilə bağlı aydın təsəvvürü var, amma bizim heç bir məlumatımız yoxdur”
23-07-2022, 09:46
“Söhbət real siyasətdən gedirsə, avropalılar indi iqtisadi sahədə azərbaycanlılarla kifayət qədər mehriban münasibətlərdədirlər”. Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibeqova deyib.
Onun sözlərinə görə, Azərbaycan əsas xərcləri hərbi infrastruktura, yolların və hava limanlarının möhkəmləndirilməsinə və tikintisinə sərf edir.
“Xarici siyasətə gəlincə, neft-qaz sahəsində Avropa ilə əməkdaşlığa diqqət yetirilir. Avropalılar Azərbaycanla əməkdaşlıq edirlər, özləri üçün Azərbaycanla əməkdaşlıq edirlər. Söhbət real siyasətdən gedirsə, avropalılar indi iqtisadi sahədə azərbaycanlılarla kifayət qədər mehriban münasibətlərdədirlər”, - deyə Elibeqova qeyd edib.
Azərbaycanın apardığı diplomatik işlərdən danışan erməni ekspert bunun bir-birini tamamlayıcı xarakter daşıdığını, Rusiya tərəfi ilə kifayət qədər fəal iş aparıldığını bildirib: “Düşünürəm ki, hazırda danışıqlar aparılan Zəngəzur dəhlizi ilə bağlı da fəal müzakirə olunur. Bakının Zəngəzur dəhlizi ilə bağlı aydın təsəvvürü var, amma nə baş verəcəyi barədə heç bir məlumatımız yoxdur”.