Ermənistan MN Suriya ermənilərinin təlim düşərgələrinə aparılması üçün bildirişlər göndərib –

23-07-2022, 11:38           
Ermənistan MN Suriya ermənilərinin təlim düşərgələrinə aparılması üçün bildirişlər göndərib –
Ermənistan Müdafiə Nazirliyi 2022-ci il avqustun 1-dən oktyabrın 30-na qədər rezerv qoşununun birinci qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyata alınmış sıravi, gizir və zabit heyətlərinin ehtiyatda olan hərbi qulluqçuları üçün üç aylıq təlim toplanışları həyata keçirəcək. Ordu.az xəbər verir ki, təlimlərə 1444 nəfərədək şəxs cəlb olunacaq.

Onlardan 1249 nəfəri sıravi və kiçik gizir heyətlərinin, 65 nəfəri baş gizir heyətinin, 130 nəfəri isə zabit heyətinin ehtiyatda olan hərbi qulluqçularıdır.

Təlimlərə 134 ədəd nəqliyyat vasitəsi də cəlb olunacaq.

İyulun 7-də Ermənistan parlamentinin qəbul etdiyi “Müdafiə haqqında” qanuna edilən dəyişiklikdən sonra ikili vətəndaşlığı olan diaspor erməniləri də hərbi təlimlərdə iştirak edəcək.

Artıq 90 günlük hərbi təlimlərdə iştirak etmək üçün bildiriş alan Suriya erməniləri Ermənistanın “İnsan Hüquqları Naminə Jurnalistlər” ictimai təşkilatına müraciət ediblər. Bu, onlar üçün sosial problemlər yaradıb.

Suriya erməniləri hakimiyyət tərəfindən təzyiqə məruz qalmaqdan qorxduqları üçün anonim qalmaq şərtiylə deyirlər ki, bununla dövlət özünə maliyyə problemi yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru