Dünən müqavilə imzalamış Rusiya bu gün Odessa limanına qanadlı raketlərlə zərbələr endirib

23-07-2022, 16:03           
Dünən müqavilə imzalamış Rusiya bu gün Odessa limanına qanadlı raketlərlə zərbələr endirib
Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Odessa dəniz ticarət limanına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib.

Bu barədə “Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir.

Qeyd olunur ki, iki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman infrastrukturunun obyektlərinə dəyib.

İyulun 23-də Odessada bir neçə partlayış olub. Şəhərdə hava hücumu xəbərdarlığı edilib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru