Orban Aİ-nin sanksiya siyasətini sərt tənqid edib - "Ukrayna heç vaxt bu yolla qalib gəlməyəcək"

23-07-2022, 16:10           
Orban Aİ-nin sanksiya siyasətini sərt tənqid edib -
Avropa İttifaqı (Aİ) Ukraynada müharibə ilə əlaqədar tətbiq edilmiş sanksiyalarla bağlı yeni strategiya qəbul etməlidir.

APA "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Moskvaya qarşı sanksiyaların uğursuz olduğunu və Aİ-nin özünə zərər vurduğunu qeyd edib.

Orban əlavə edib ki, yeni strategiya müharibədə qələbə qazanmağa deyil, sülhə fokuslanmalıdır.

Orbanın sözlərinə görə, Qərbin strategiyası dörd sütun üzərində qurulub: “Birincisi, Ukrayna Rusiyaya qarşı müharibədə NATO silahları ilə qalib gələ bilər, sanksiyalar Rusiyanı zəiflədəcək və onun liderliyini sarsıdacaq, sanksiyalar Avropadan daha çox Rusiyaya zərər verəcək və dünya Avropanı dəstəkləmək üçün növbəyə düzüləcək”.

Orban bu strategiyanın iflasa uğradığını, Avropada hökumətlərin “domino effekti” ilə çökdüyünü, enerji qiymətlərinin artdığını və indi yeni strategiyaya ehtiyac olduğunu vurğulayıb.

“Biz dörd təkəri də deşilmiş avtomobildə oturmuşuq: tamamilə aydındır ki, müharibəni bu yolla qazanmaq olmaz”, – Orban deyib.

Onun sözlərinə görə, Ukrayna heç vaxt bu yolla müharibədə qalib gəlməyəcək, çünki Rusiya ordusu asimmetrik üstünlüyə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru