M akronla Rəisi nə danışıblar

24-07-2022, 00:08           
M akronla Rəisi nə danışıblar
Fransa prezidenti Emmanuel Makron İranlı həmkarı İbrahim Rəisi ilə telefonla iki saat nədən danışa bilərdi? Rəisi Makronu inandırmağa çalışıb ki, ABŞ-ın İrana qarşı sanksiyalarını qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərlidir.
Yəqin Makron da Rəisini inandırmağa çalışıb ki, “nüvə razılaşmasını qəbul et, İrana qarşı sanksiyalar yumşalsın, neftinizi, qazınızı, digər məhsullarınızı dünya bazarlarına çıxarın, Siz də qazanın, biz də faydalanaq”.
Teref.az yazır ki, bunu pokitoloq Elxan Şahinoğlu deyir. Daha sonra Elxan bəy yazır:
Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Avropanın neft və qaza daha çox ehtiyacı var. İranla nüvə məsələsi həll olunsa bu ölkənin nefti və qazı Avropaya yönələr. İran gərəkli maliyyə, Avropa isə enerji əldə edir, hər iki tərəf üçün faydalıdır.
Buna baxmayaraq, nüvə danışıqlarında irəliləyiş yoxdur. Tehran hələ ki, dirənir. Bunun isə nə İran, nə də Avropa iqtisadiyyatına faydası var. Makron iranlı həmkarına bunu anlatmağa çalışıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru