Rusiyanın başına qapaz dəyməsə sabah Ukraynanın daha bir neçə bölgəsini...

1-10-2022, 09:38           
Rusiyanın başına qapaz dəyməsə sabah Ukraynanın daha bir neçə bölgəsini...
Bütün sivil dünya haqlı olaraq Rusiyanın vəhşi həyasızlıqla Ukraynanın dörd bölgəsini ilhaq etməsinə, qondarma referendum nağıllarına etiraz edir, bu köntöylüyü qəbul etmir.
Yaxşı, bəs nədən söhbət Qarabağdan, "Arsaqdan" gedəndə, fərqli fikir bildirməyə çalışanlar olur?!
Düz 30 il idi ki, Ermənistan Rusiyanın (elə Moskva ilə birgə) biz isə Ukraynanın yerində olduq, bəs həmin ölkələrdən, həmin güc mərkəzlərindən nədən bir tık yox idi?! Hələ indi də bəzi ölkələr, bəzi güc mərkəzləri yenə də "Arsaqdan" zaddan danışırlar, məhz belə çoxstandartlı siyasət Putini gücləndirdi, Rusiyanı həyasızlaşdırdı.
Hətta Kosovo kimi geydirmə, axmaq, beynəlxalq hüquqa tüpürən presedent yaradıb Moskvaya kozır verdilər - Dünyaya yeni liderlik, yeni qaydalar lazımdı, beynəlxalq hüququ gücdən üstün tutan sistem yaradılmalıdır, Rusiyanın başına qapaz dəyməsə sabah Ukraynanın daha bir neçə bölgəsini, Qazaxstanın yarısını, Belarusun isə tamamını işğal/ilhaq edəcək...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru