Xamneyiyə böyük şok: Çıxışı zamanı... 9-10-2022, 16:11 İran Dövlət Televiziyasına kiberhücum olub.Cebhe.info xəbər verir ki, hücumu rejimə müxalif olan qrup həyata keçirib. Bu barədə "Ali Ədalət" qrupunun sosial şəbəkə hesabında yazılıb.Ali dini lider Seyid Əli Xamneyi çıxışı zamanı ekranda baş örtüyünə görə öldürülən Məhsa Əmini və digərlərinn fotoları yayımlanıb.Görüntü hər kəsi şoka salıb. Hakerlər ekranda "Bizə qatılın", "Ayağa qalxın", "Qadın, həyat və azadlıq" yazıblar.Xatırladaq ki, İranda etirazlar davam edir. Facebook-da paylaş