Putin TŞ-nın sabahkı iclasında nəyi müzakirə edəcək?..

10-10-2022, 00:05           
Putin TŞ-nın sabahkı iclasında nəyi müzakirə edəcək?..
Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının(TŞ) daimi üzvləri ilə operativ iclas keçirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Sabah prezidentin TŞ-nın daimi üzvləri ilə görüşü planlaşdırılır", - deyə o bildirib.

Peskov görüşdə Krım körpüsü ilə bağlı vəziyyətin müzakirə edilib-edilməyəcəyi barədə məlumat verməyib: “Nəticələri sizə bildirəcəyik”, - deyib.

Putin mütəmadi olaraq, adətən həftəlik olaraq Təhlükəsizlik Şurası ilə operativ görüşlər keçirir. KİN Təhlükəsizlik Şurasının bu görüşündə Krım körpüsü və bütövlükdə mühüm obyeklərin təhlükəsizliyi ilə bağlı müzakirə və tapşırıqların olacağı barədə məlumat əldə edib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Krım körpüsü, enerji körpüsü və Krasnodar diyarından Krıma qaz kəməri üçün mühafizə tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə əməliyyat zamanı Kerç boğazı ilə nəqliyyat keçidinin, Rusiya Federasiyası - Krım yarımadası ilə elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı - Krım magistral qaz kəmərinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti həvalə edilsin”, - sənəddə deyilir.

Sərəncama əsasən, bu, Kerç boğazından keçən nəqliyyat keçidinin, enerji körpüsünün və qaz kəmərinin mühafizəsi tədbirlərinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilir.

Şənbə günü səhər saatlarında Krımski körpüsündə yük maşını partladılıb, nəticədə yaxınlıqdan keçən yük qatarının çənləri alışıb. 3 nəfər ölüb, körpünün avtomobil hissəsinin iki hissəsi uçub, mövcud məlumatlara görə Krımdan Krasnodar diyarına gedən hissə zədələnməyib. Körpüdə bütün hərəkət dayandırılıb, lakin saat 16:00-dan sonra avtobus və avtomobillərin hərəkəti başlayıb. Həmçinin, bir sınaq qatarı körpünün dəmir yolundan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru