“Rusiyada elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək”

10-10-2022, 00:02           
“Rusiyada elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək”
Moskva Ukraynadakı savaşda məğlub olsa, Rusiya daxilində heç bir kəs xilas ola bilməyəcək. Bu zərbə hamıya dəyəcək.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.

“Hazırda Rusiya daxilində belə Kremlin Ukraynada məğlub olmasını istəyənlər var. Biz bunu bilirik. Lakin bir acı həqiqəti qəbul etmək lazımdır. Moskva məğlub olsa, hamımız məhv olacağıq. Elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək. Heç soruşan da olmayacaq ki, sən hansı tərəfdə idin, sağçı idin, yoxsa solçu idin… Rusiyanın içində olan qatı qərbyönümlü LGBT nümayəndələri belə məhv olacaq. Rusiya ətçəkən maşını xatırladacaq”, – deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru