Britaniyanın keçmiş xarici işlər naziri maliyyə naziri təyin edilib 15-10-2022, 08:58 Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant maliyyə naziri təyin edilib.Britaniya hökuməti onun təyinatını tviter hesabında təsdiqləyib.Ceremi Hant 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.Əvvəlki nazir vəzifəsində 38 gün keçirib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.Qeyd edək ki, Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib. Facebook-da paylaş