Bunun üçün hər şey edəcəyik - Kadırov

16-10-2022, 10:12           
Bunun üçün hər şey edəcəyik - Kadırov
Əsir düşən hərbçilərimizin azad edilməsi üçün mümkün olan hər şeyi edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov qeyd edib.

“İstəyirəm, doğmaları əsir düşən vətəndaşlarımıza müraciət edim. Biz onların azad olunması üçün hər şey edirik. Biz özümüzküləri atmırıq və atmayacağıq. Bu, bizim üçün müqəddəs borcdur”, - o, Teleqram kanalında qeyd edib.

Kadırov Qaraçay-Çərkəzdən olan tibb işçisi Murad Karabaşovun əsirlikdən qayıtmasından da danışıb:

“Karabaşovun qohumları ilə videobağlantı vasitəsilə danışmağımdan böyük məmnunluq hissi keçirdim. Onlar oğlanın sağ-salamat evə qayıtmasına görə çox sevinirlər. Gizlətmirəm, ünvanımıza səmimi təşəkkür sözlərini eşitmək çox xoş idi”.

Kadırov əlavə edib ki, Şimali Qafqazdan olan şəxsin azad edilməsi respublika rəhbərliyi üçün prinsipial əhəmiyyət kəsb edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru