BMT Rusiyadan ərzaq və gübrə ixracını asanlaşdırmağa hazırdır

18-11-2022, 08:02           
BMT Rusiyadan ərzaq və gübrə ixracını asanlaşdırmağa hazırdır
BMT taxıl sazişinin uzadılmasından sonra Rusiyadan ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqdir.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Haq mətbuat konfransında bildirib.

O qeyd edib ki, dünya təşkilatının baş katibi Antonio Quterreş Ukraynadan taxıl, ərzaq və gübrə ixracını təmin edən taxıl sazişinin müddətinin 120 gün uzadılmasını alqışlayıb.

“BMT bu mühüm təchizat xəttini saxlamaq üçün İstanbulda Birgə Koordinasiya Mərkəzini dəstəkləməyə tam sadiqdir. BMT həmçinin Rusiya Federasiyasından ərzaq və gübrə ixracı qarşısında qalan maneələri aradan qaldırmağa tam sadiqdir”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru