Kremldən ABŞ-a şikayətləndi: “Ukraynaya etibar etmək olmaz”
18-11-2022, 09:29
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Kremldən danışıqlar barədə bəyanat verilib və Ukraynanı təxribatda ittiham edərək onu etibarsız adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov Kiyevi potensial sülh danışıqlarını yanlış istiqamətləndirməkdə günahlandırıb.
“Reuters”in məlumatına görə, Peskov jurnalistlərlə keçirdiyi brifinqdə ABŞın Rusiyanın narahatlığını nəzərə ala və istəsə, Kiyevi danışıqlar masasına qayıtmağa təşviq edə biləcəyini bildirib.
Peskov həmçinin qeyd edib ki, 9 ay davam edən münaqişə zamanı Ukrayna Moskva ilə danışıqlar aparmaq istəyib-istəməməsi ilə bağlı mövqeyini bir neçə dəfə dəyişib və bu məsələdə Ukraynaya etibar etmək olmaz.
O, Rusiya Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Narışkinin CİA direktoru Burns ilə Ankarada keçirdiyi görüşə də toxunub.
Peskov Burnsun Narışkinə Rusiyanın nüvə silahından istifadəsinin nəticələri ilə bağlı xəbərdarlığı ilə bağlı deyib: “Heç bir Rusiya rəsmisi nüvə silahından istifadə etməyi düşünməyib”.