Putin Priqojinlə Şoyqu arasında seçimini etdi

7-05-2023, 11:34           
Putin Priqojinlə Şoyqu arasında seçimini etdi
Rusiya Prezidenti Vladimir Putin Priqojin və Şoyqu arasında münaqişədə Müdafiə Nazirliyinin tərəfini tutub.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat verib.

Məlumata görə, "Vaqner” muzdlu hərbi şirkətinin sahibi Yevgeni Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasına davam etməyi (Müdafiə Nazirliyi ona bunu qadağan etdikdən sonra - red.), yeni səfərbər olunanları öyrətməyi və əcnəbi döyüşçülərin, xüsusilə də əfqanların cəlb edilməsinə şərait yaratmağı xahiş edib.

Putin faktiki olaraq generallarının tərəfini tutaraq, bu məsələləri Müdafiə Nazirliyi ilə özünün həll etməli olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru