İranın Ali İnqilab Şurasının katibi: “Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil” - FOTO

7-05-2023, 11:37           
İranın Ali İnqilab Şurasının katibi:
“Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İranın Ali İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah Dezfuli deyib.

O, hicab və iffət anlayışlarına münasibət bildirib:

“Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil. Hicab və iffət hər biri fərqli məsələdir. Kişilərin də geyimi və davranışına nəzarət etmək lazımdır”.
“Hicablı və ya yarımçıq hicablı qadınlara sataşan kişiləri niyə görmürük? Nə üçün onların bu hərəkətinə göz yumulur? Həmin şəxslərə ağır cərimələr tətbiq edilməlidir”, - deyə o, kişilərin qadınlara qarşı əxlaqsız davranışlarına toxunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru