Zelenski: "Rusiya Zaporojye AES-i Ukrayna və AEBA-nın tam nəzarətinə qaytarmalıdır"

22-05-2023, 00:08           
Zelenski: "Rusiya Zaporojye AES-i Ukrayna və AEBA-nın tam nəzarətinə qaytarmalıdır"
"Rusiya işğal etdiyi Zaporojye AES-i Ukrayna və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tam nəzarətinə qaytarmalıdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı deyib.

"Mən hazırda Xirosimadayam, qoy, bütün dünya Ukraynanın birləşmə çağırışını eşitsin. Rusiya sivilizasiyaya bağlı hər şeyi tapdalayıb. Bir ildən çoxdur ki, o, Avropadakı ən böyük atom elektrik stansiyasımızı işğal altında saxlamaqda davam edir", - Zelenski bildirib.

Prezident vurğulayıb ki, Rusiya özünü stansiya binalarına tanklardan atəş açan, Atom Elektrik Stansiyasını silah və mərmi saxlamaq üçün sınaq poliqonuna çevirən terrorçu dövlət kimi aparır. Bundan əlavə, o xatırladıb ki, Rusiya şəhərləri raket artilleriyasından atəşə tutmaq üçün stansiyanın arxasında gizlənir.

"Əgər buna məhəl qoymasaq, dünya qaçılmaz olaraq xarabalığa çevriləcək. Ukrayna sülh üçün düstur təklif edib. Onun məqsədi radiasiya və nüvə təhlükəsizliyidir", - Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin martında Enerqodar uğrunda gedən döyüş zamanı AES Rusiya qoşunları tərəfindən ələ keçirilib. Stansiyaya Rusiyanın nəzarəti altında olan ukraynalı personal xidmət göstərməkdə davam edir.
RBC-Ukraina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru