Quterreşdən etiraf: “BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”

22-05-2023, 12:45           
Quterreşdən etiraf:
Dövrün reallıqlarına cavab vermək üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Yaponiyanın Xirosima şəhərində G7 toplantısından sonrakı mətbuat konfransında çıxış edən Quterreş BMT Təhlükəsizlik Şurasının və Bretton Vuds sisteminin İkinci Dünya Müharibəsindən sonrakı dövrlərə uyğunluğunu, lakin indi yenilənməyə ehtiyac olduğunu bildirib.
“Qlobal maliyyə arxitekturası köhnəlmiş, qeyri-işlək və ədalətsiz olub. COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində iqtisadi sarsıntılar qarşısında o, qlobal təhlükəsizlik şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilmədi”, - deyə təşkilat sədri bəyan edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru