“Krıma zərbə Rusiyaya hucum sayılacaq” – Səfirdən ABŞ-a xəbərdarlıq

22-05-2023, 13:53           
“Krıma zərbə Rusiyaya hucum sayılacaq” –
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-a xəbərdarlıq edib.

Azpost.info-nun məlumatına görə, səfir Krıma ABŞ silahları ilə zərbə endiriləcəyi təqdirdə cavab veriləcəyini bildirib.

“ABŞ administrasiyasına Krımla bağlı belə qeyri-ciddi mühakimələr, xüsusən Kiyevin yarmadaya hava hucumlarına “xeyir-dua” verməsi ilə bağlı xəbərdarlıq edirəm. Həmin əraziyə zərbə Rusiyanın digər hər hansı subyektlərinin birinə hucum kimi qiymətləndiriləcək. ABŞ Rusiyanın cavab tədbirlərinin necə olacağı ilə bağlı özünə hesabat verməsi vacibdir”-deyə Antonov səfirliyin telegram kanalında yazıb.

Diplomatın sözlərinə görə, Vaşinqton Kiyevə F-16-lar verməklə və Krıma zərbələri dəstəkləməklə yanaşmasını sərt şəkildə kəskinləşdirib. Antonovun sözlərinə görə, bu ABŞ-ın sülhün əldə edilməsində maraqlı olmadığını nümayiş etdirir. “ABŞ “özgə əli” ilə bizə müqavimət göstərir”-yazan səfir bildirib ki, Ukraynanın F-16-ları istismara vermək üçün infrastrukturu yoxdur. “ABŞ qırıcıları NATO hava limanlarından əcnəbi “könüllülərin” idarəsi ilə uçacağı halda nə baş verəcək?”-deyə səfir sual edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru