Ukrayna tərəfdən döyüşən ruslar Rusiyada torpaq ələ keçirdi
22-05-2023, 18:59

Belqorod vilayətinin Qrayvoron kəndində döyüşlərin getdiyi bildirilir. Yerli sakinlərin sözlərinə görə, BMP-lər iştirak edir.
Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Rusiay hökumətyönlü kanallar məlumat yayıb. Bu gün Ukrayna ordusunun sıralarında döyüşən “Rusiyaya Azadlıq” dəstəsi və “Rusiya Könüllülər Korpusu” (Rusiya Könüllülər Korpusu) Rusiya Federasiyasının Belqorod vilayətinin Qora-Podol kəndinin ələ keçirildiyini elan edib.
Qrayvoron administrasiyası rəhbərinin müavininin administrasiya binasının atəşə tutulması zamanı yaralandığı bildirilir. Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı da yaralanıb.
“Qrayvoronda, eləcə də yaxınlıqdakı kəndlərdə, Ukrayna ordusu ilə döyüşlər gedən ərazidə yaxın vaxtlarda təxliyə elan edilib. İndi kəndlərə avtobuslar göndərilib ki, bu da sakinləri təhlükəsiz ərazilərə aparacaq”, – məlumatda bildirilir.
Bəzi yerli sakinlər artıq öz maşınları ilə yola düşüblər.
Dmitri Peskov Belqorod vilayətinə hücum barədə Rusiya Prezidenti Vladimir Putinə məlumatlandırıb.
“Putinə Ukrayna diversantlarının Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verilib;
Belqorod vilayətində Ukrayna təxribatının məqsədi diqqəti Baxmut istiqamətindən yayındırmaq, Ukrayna tərəfinin Baxmutu itirməsinin siyasi effektini minimuma endirməkdir;
Onların Rusiya ərazisindən sıxışdırılıb çıxarılması və bu diversiya qrupunun məhv edilməsi istiqamətində işlər gedir, yerində kifayət qədər qüvvə və vasitə var”, – Peskov deyib.