Oğanın AKP-ni seçməsinin uzaq hədəfi bu ola bilər - Baxçalıya varis rolu...

23-05-2023, 11:04           
Oğanın AKP-ni seçməsinin uzaq hədəfi bu ola bilər -
Sinan Oğanın 2-ci turda heç bir rolu ola bilməz - onu nədən söyürlər, anlamıram.
İlk turda ona verilən səslər onun deyildi axı - İYİ Partidə öz partiyasına səs verib CHP-dən zəhləsi gedənlər, MHP-də öz təşkilayını dəstəkləyib, amma Erdoğanı bəyənməyənlər ona səs verdilər.
Yəni, ona səs sekulyar-sağ millətçi kəsimdən gəldi, özünə səs, yəqin ki, İğdırdan gələ bilərdi. Millətçi-sekulyar-sağ kəsim CHP-yə zatən oy verməz-verəməz.
Oğanın məqsədi prezident olmaq deyildi, ola da bilməzdi, o indi vəzifə də almaz, amma MHP-yə geri dönmək üçün Erdoğandan söz-dəstək ala bilər, bəlkə də, alıb.
MHP-də Baxçelidən sonra Başqan axtarışı zatən davam edir, AKP üçün MHP ilə ittifaq çox vacibdir, MHP isə "bloklayıcı azlıq" rolundan məmnundur - məsuliyyəti az, idarəetməyə isə ortaqdırlar, həm də AKP-ni "uc nöqtələrə" sürüşməkdən çəkindirirlər.
Siyasət elmi bunları deyir, bu çox vacib elmdir, əlifbasını bilmədən kitabını oxumaq olmaz...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru