Gərginlik böyüyür – ABŞ-dan Gürcüstana açıq xəbərdarlıq

23-05-2023, 12:13           
Gərginlik böyüyür –
ABŞ hökuməti Rusiya ilə uçuşların bərpası ilə əlaqədar birtərəfli sanksiyaların mümkünlüyü ilə bağlı Gürcüstan hakimiyyəti və biznes qurumlarını yenidən xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan edir. Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu o demək ola bilər ki, şirkətlər, Gürcüstan hava limanları sanksiyalarla üzləşə bilərlər”, - Miller bildirib.

ABŞ rəsmisi hesab edir ki, indi Rusiya ilə əməkdaşlığı artırmaq vaxtı deyil.

Bundan əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel də məsələ ilə əlaqədar ABŞ-ın Gürcüstan şirkətlərinə qarşı sanksiyalarının mümkünlüyünü açıqlayıb.

Gürcüsta Hava Nəqliyyatı Agentliyi “Georgian Airways” aviaşirkətinə Tiflis-Moskva reyslərini yerinə yetirməyə icazə verib. Gürcüstana uçuş icazəsi alan ilk Rusiya aviadaşıyıcısı “Azimut” olub və mayın 19-da şirkətin təyyarəsi Tiflisə eniş edib. Bu gəlişmə etirazlarla müşayiət olunub, hava limanına çoxsaylı polis gətirilib, xeyli sayda nümayişçi saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru