Solovlyov burnunu Qarabağ məsələsinə soxdu: - “Qarabağ ermənilərindən soruşmusuz?”

23-05-2023, 15:58           
Solovlyov burnunu Qarabağ məsələsinə soxdu: -
Rusiya hakimiyyətinin əsas ruporlarından biri olan “Соловьёв Live” kanalının rəhbəri Vladimir Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı dünən verdiyi açıqlamasına münasibət bildirib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, Paşinyana xitabən deyib ki, bu məsələni Ermənistan əhalisindən və Qarabağda yaşayan ermənilərdən soruşmaq lazımdır.

Vladimir Solovyov “Ermənistan xalqı bununla razıdırmı? Onlar Qarabağda yaşayan ermənilərdən soruşublar? Qarabağ ermənilərinin təhlükəsizliyinə kim təminat verəcək?”-deyə sual edib.

Qeyd edək ki, Rusiya Cənubi Qafqazı heç bir vaxt müstəqil görməyib. Bölgədəki müstəqil dövlətlərə də öz əyaləti kimi baxıb. Elə bu səbəbdəndir ki, vaxtaşırı Azərbaycan və digər Qafqaz ölkələrinin daxili işlərinə burun soxur. Sovolyovun da yanaşması elə Kremlin tapşırığı əsasında burunsoxma cəhdlərindən biridir.

Bu rus donuzuna sual vermək lazımdır ki, sən kimsən ki, Azərbaycanın daxili işlərinə qarışırsan? Və ya sən nə karəsən ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına etiraz edirsən? Qarabağda yaşayan ermənilər istəsələr Azərbaycan vətəndaşlığını qəbul edrələr, istəməsələr, qapımız açıqdır. Bunu Sovolyova, onun ağalarına nə istisi var, nə də soyuğu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru