"Vladimir Putin Moldovaya gələrsə, həbs olunacaq” - Maya Sandu

24-05-2023, 00:04           
"Vladimir Putin Moldovaya gələrsə, həbs olunacaq” - Maya Sandu
Moldova Prezidenti Maya Sandu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinlə bağlı qərarını jurnalistlərə şərh edərkən bunları deyib:
“Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı cinayətlərlə görə barəsində həbs qərarı verdiyi Vladimir Putin Moldovaya gələrsə, həbs olunacaq”.
O bildirib ki, Moldova Beynəlxalq Cinayət Məhkəməsi sazişini (Roma Statutu) imzalayan ölkədir və məhkəmənin qərarına hörmətlə yanaşacaq.
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü il martın 17-də Rusiya Prezidenti Vladimir Putinin haqqında həbs qərarı çıxarıb.
Haaqa tribunalının qərarına görə, Putin hərbi cinayətlərdə, o cümlədən ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Rusiyaya qanunsuz deportasiyasında günahlandırılır.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru