Uorlik Qarabağ danışıqlarını açıqladı:“Prezidentlər çox ciddi təkliflər üzərində işləyirlər”
25-06-2016, 00:29
“Azərbaycan və Ermənistan prezidentləri Dağıq Qarabağ probelminin həlli ilə bağlı mühüm məsələlər üzrə danışıqlar aparır”.
Strateq.az bildirir ki, bu barədə “Qolos Ameriki” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik bildirib: “Prezidentlər çox ciddi işçi təkliflər üzərində işləyirlər. Düzdür, bu təkliflərlə bağlı fikir ayrılığı var. Heç kim tam razılığın əldə ediləcəyini gözləmirdi. Lakin hər iki prezident bu təkliflər ətrafında işi davam etdirməyə razllıq verdilər”.
Sankt Peterburq danışıqlarını şərh edən Uorlik deyib ki, vaxtından əvvəl hansısa inkişaf gözləmək lazım deyil: “Biz bu münaqişəni prezidentlərin bir və ya iki görüşü ilə həll olunacağına ümid etmirik. Lakin irəliləyiş əldə edilib və bu ardıcıl olmamız lazımdır”.
Əldə edilən nəticələrə toxunan diplomat prezidentlərin danışıqları davam etdirmək razılığını qeyd edib: “İlk növbədə bura prezidentlərin atəşkəsə əməl etmək barədə razılığı daxildir. Tərəflər həmçinin ATƏT-in missiyasının genişləndirilməsinə razılıq verdilər.”
Uorlik deyib ki, Ermənistan və Azərbaycan prezidentlərinin Qarabağla bağlı danışıqları gizli olmalıdır.
“Prezidentlərin diskusiyaları açıq olmamalıdır. Onlar bir-biri ilə diskussiya aparır, nədəsə razılaşır, nədəsə yox. Razılıq əldə olunan sahə fikir ayrlığı olan sahədən çoxdur. Amma, əlbəttə ki, hər şey razılaşdırılmalıdır. Biz hərtərəfli həlldən danışırıq. Odur ki, bütün məsələlər üzrə razılaşma əldə etmək lazımdır. Hələ ki, ayrı-ayrı sahələr üzrə razlıq əldə edilib”.
Həll prinsiplərinə toxunan amerikalı diplomat bildirib ki, onlar son 20 ildə dəyişməyib: “Danışıqlar stolu üzərində olan təkliflər dünən və bu gün işlənməyib. Onlar çoxillik müzakirələrdən sonra ortaya qoyulan prinsip və elementlərə əsaslanır. Prezidentlər prinsip metibarı ilə bu təkliflərlə razıdırlar”.