Qarabağda yenə “əzabkeş erməni” hərəkatının yetişməsinə niyə yol verdik?.. - AKTUAL

24-07-2023, 10:57           
Qarabağda yenə “əzabkeş erməni” hərəkatının yetişməsinə niyə yol verdik?.. - AKTUAL
1989-1990-cı illərdə də- hələ Moskvaya tabe olduğumuz, müstəqil olmadığımız dövrdə Qarabağdakı separatçılar elə həmin Kremlin, bir az da Parisin-filanın dəstəyi ilə Laçın yolunun bağlı qalması bəhanəsi ilə dünyanı "köməyə" səsləyərək əvvəl daş-kəsək, sonra da avtomatlarla, tanklarla Azərbaycana savaş açdılar...

Bəs indi, yəni 2020-ci ilin müzəffər(!) 44 günlük savaşından, 10 noyabr üçtərəfli bəyanatından sonrakı 3 ilə yaxın dövrdə artıq nə Rusiyadan, nə Amerikadan asılı olmayan müstəqil(!) Azərbaycan kimi hansı səhvlərə, boşluqlara yol verdik ki, Xankəndində, Əsgəranda, Ağdərədə, Xocavənddə dünyanı üstümüzə qaldıracaq həddə yaxınlaşan, guya “acından ölən, küçələrdə, çörək ərzaq növbələrində huşu gedən” növbəti “əzabkeş erməni” hərəkatının yetişməsinə şərait yaratdı?..

Bəndəniz bu sualın cavabı haqda düşünüb və tezliklə yazacaq – siz də düşünün...

Sultan Laçın //moderator.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.