Britaniya və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər

8-09-2023, 08:54           
Britaniya və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər
Böyük Britaniya və ABŞ 11 Rusiya vətəndaşına qarşı zərərli kompüter proqramları hazırladıqları və qazanc məqsədilə müxtəlif ölkələrdəki qurumları hədəfə aldıqları ittihamı ilə sanksiya tətbiq ediblər.

Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) və ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumatda deyilir.

Bildirilir ki, bu şəxslər xəstəxanalara və kritik infrastruktura, o cümlədən yerli hakimiyyət orqanlarına, şirkətlərə, məktəblərə və tibb müəssisələrinə kiberhücumların təşkilində iştirak ediblər.
Yenilənmiş sanksiya siyahısında 11 nəfərin şəxsi məlumatları ilə yanaşı, onların “Trickbot” və “Conti” kiberqruplarında yerinə yetirdikləri funksiyalar da yer alıb. Məlumata görə, sanksiyaya məruz qalan şəxslər dünya üzrə öz qurbanlarından ən azı 180 milyon dollar alıblar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru