Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər.

8-09-2023, 08:44           
Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfəri zamanı yerli televiziya kanalına müsahibəsində deyib ki, Azərbaycan Türkiyə və İsraillə üçtərəfli formatın təsis edilməsində maraqlıdır. “Biz dostlarımızın da öz aralarında dost olmasını istərdik” deyən Hikmət Hacıyev üçtərəfli formatda ölkələr arasında kommunikasiyanın daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Əhəmiyyətli təklifdir. Ancaq rəsmi Bakının dəstəklədiyi üçtərəfli formatın yaradılması üçün Türkiyə-İsrail münasibətlərinin tərəfdaşlıq səviyyəsinə qalxması vacibdir.
Doğrudur, iki ölkə arasında münasibətlərdəki gərginlik arxada qalıb, ancaq əlaqələrin keçmiş illərdəki tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını söyləmək hələ mümkün deyil.
Misal üçün Fələstin lideri Mahmud Abbasın Türkiyəyə səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da Ankaraya gedəcəyi bildirilirdi. Bu səfər hələ baş tutmayıb.
Halbuki, həqiqətən Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər. İsraildə kəşf edilən qaz resurslarının da Azərbaycan və Türkiyəni birləşdirən boru xətləriylə Avropaya nəqli hər 3 ölkənin xeyrinə olardı.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.