İsrail Fələstinə qarşı aparteid sistemi tətbiq edir – “MOSSAD”ın keçmiş sədrindən qorxunc etiraflar

8-09-2023, 12:14           
İsrail Fələstinə qarşı aparteid sistemi tətbiq edir –
“MOSSAD”ın keçmiş başçısı Tamir Pardo ölkəsinin Fələstinə tətbiq etdiyi dəhşətli sistemdən danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş MOSSAD başçısı İsrailin Fələstinə qarşı dəhşətli “aparteid sistemi”ni istifadə etdyini bildirib.

Pardo bu sistemin, özəlliklə Qərbi Şəriədə gerçəkləşdirildiyini və bu düşüncənin həqiqətlərə söyəndiyini vurğulayıb.

“Associated Press”ə açıqlamasında Pardo belə deyib:

“Burada bir aparteid dövləti var. İki nəfərin iki hüquq sistemində mühakimə edildiyi bir ölkə aparteid dövlətidir”.

Pardo ölkəsinin irqi ayrı-seçkiliyə yol verdiyini də etiraf edib.

MOSSAD-ın keçmiş sədri Qəzza Xətti çölündə İsrail vətəndaşlarının istədikləri yerə gedə bildiklərini, ancaq fələstinlilərin bunu edə bilmədiklərini söyləyib.

Pardo ölkəsi ilə fələstinlilər arasında sərhədi olacağı durumunda, İsrail dövlətinin dağıla və ya təhlükəyə girə biləcəyini sözlərinə əlavə edib.

2011-2016-cı illərdə MOSSAD-ın başçılığını edən Pardo ölkəsinin fələstin xalqına qarşı tətbiq etdiyi sistemi dünyaya açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru